Şabran Texniki fənlər təmayüllü məktəb-liseyində

Şabran şəhər Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü tam orta məktəb-liseyi 1972-ci ildə istifadəyə verilmişdir.Məktəb birtipli layihə əsasında tikilmiş və 960 şagird yerlikdir.Ötən 40 ilə yaxın bir dövr ərzində məktəbin yüzlərlə məzunu olmuşdur.Məktəb növbəti tədris ilində öz yubileyini böyük təntənə ilə qeyd etməyə hazırlaşır.
Məktəb uğurlu göstəricilərinə görə 2009-2010-cu tədris ilindən Respublika Təhsil Nazirliyinin müvafiq sərəncamı ilə texniki frənlər təmayüllü məktəb-lisey kimi fəaliyyət göstərir.Hazirda məktəbin yeddi lisey sinifində 155 nəfər şagird təhsil alır
Məktəb-liseyin direktoru Hüseynov Rafiq Ramazan oğlu 1980-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitunu fərqlənmə diplomu ilə bitirərək Şabran şəhər 1 nömrəli tam orta məktəbində müəllim kimi pedoqoji fəaliyyətə başlamışdır.1984-cü ildən rayon Təhsil Şöbəsində metodist,1989-cu ildən isə sovet, həmkarlar və İcra Hakimiyyəti orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır.
2007-2008-ci tədris ilində yeni istifadəyə verilən Şabran şəhər 5 nömrəli tam orta məktəbinə direktor göndərilmişdir.Bu vəzifədə çalışdıgı qısa müddət ərzində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 2010-2011-ci tədris ilindən Şabran şəhər 2 nömrəli texniki fənlər təmayüllü tam orta məktəb liseyinə direktor təyin edilmişdir.
Məktəb-liseydə dərs ilinin əvvəlindən 842 nəfər şagirdin təlim-tərbiyəsi ilə 96 nəfər müəllim məşğul olur.Onlardan 84 nəfəri ali təhsilli,iki nəfəri ali dərəcəli,59 nəfəri isə birinci dərəcəli müəllimlərdir.Müəllimlərdən iki nəfəri –məktəbin dil-ədəbiyyat müəllimləri Həqiqət Əzimova və Kəmalə Şeydayeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşlər.Digər dil-ədəbiyyat müəllimi Həlimə Hacıyeva Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Məktəb-liseyin riyaziyyat müəllimlərinin də uğurları çoxdur.Respublika pedoqoji mühazirələrində yüksək elmi-nəzəri və praktiki əhəmiyyətli məruzələrinə görə məktəbin riyaziyyat müəllimi Kazım Əfəndi dəfələrlə Təhsil Nazirliyi tərəfindən I,II və III dərəcəli diplomlarla,”İlin ən yaxşı müəllimi” müsabiqəsində III yeri tutduğuna görə Xanım Əfəndiyeva III dərəcəli diplomla,gənc nəslin təlim-tərbiyəsində səmərəli redoqoji fəaliyyətinə görə Sevda Həmidova isə Təhsil Nazirliyi Kollegiyasının Fəxri Fərmanı ilə təltif olunmuşlar.
Məktəb-liseyin ali kteqoriyalı ruyaziyyat müəllimi Muradxan Səfərəliyev 2007-2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı 100 müəllim” Respublika müsabiqəsinin qalibi olmuşdur.
Məktəbin fəaliyyəti dövründə bir nəfər müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Məktəb-liseyin pedoqoyi kollektivi vahid məqsəd ətrafında səfərbər olaraq məktəbin inkişaf istiqamətlərini və prioritetlərini müəyyən etmişlər.Kollektivin ümumi məqsədi müasir tələblər səviyyəsində işləmək, yaradıcılıq və təşəbbüskarlıq nümayiş etdirmək, sağlam iş şəraiti yaratmaqla təhsilin keyfiyyətni və təlim prosesinin səmərələliyini təmin etməkdən ibarətdir.
Məktəb təhsil prosesini şəxsiyyətyönümlü, nəticəyönümlü və tələbyönümlü prinsiplər əsasında qurmaqla, şagirdlərin pedaqoji prosesin mərkəzində olmasını, onlara zəruri həyati bacarıqların aşılanmasını təmin etməyə çalışır.
2007-ci ilin mart ayının 14-də hörmətli nazirimiz Misir Mərdanov özü məktəbdə olmuş,məktəblə tanışlıqdan sonra müvafiq tapşırıqlar vermiş və tikildiyi dövrdən bir dəfə də olsun əsaslı təmir olunmayan məktəb həmin il müasir tələblər səviyyəsində tam təmir edilmişdir Məktəbin müəllim və şagirdləri bu qayğını yüksək giymətləndirir və məktəbi qoruyurlar.Kollektiv hesab edir ki,məktəbin xarici də,daxili də estetik cəhətdən gözəl olmalı,məktəbin sinif otaqları və dəhlizlərin tərtibatı öz görkəmi və məzmunu ilə öyrədici və tərbiyəedici xarakter daşımalıdir.Bu məqsədlə məktəbdə son dövrdə əsaslı forma və məzmun dəyişiklikləri həyata keçirilir,hər il daxili imkanlarla təmir edilərək yeni dərs ilinə hazırlanır , məktəbin və sinif otaqlarının yenidən qurulması və tərtibatınin davamlı olaraq zənginləşdirilməsi aparılır.
Respublika Təhsil Nazirliyinin köməkliyi ilə məktəbə kimya və fizika labaratoriya- kabinetləri alınmışdır.Məktəbin daxili tərtibatının yenidən qurulması həyata keçirilir
Məktəbdə 18 fənn kabineti yaradılmış, müasir fizika,kimya və biologiya laboratoriyaları,idman zalı,kitabxana,şagirdlərin bədii yaradıcılıq studiyası fəaliyyət göstərir.
Məktəbdə iki informatika kabineti vardır.Kabinetlərdən biri 2005-ci ildə xeyriyyəçilik yolu ilə Türkiyədə yaşayan həmyerlilərimizin hədiyyə etdiyi 14 ədəd kompyüter,digər kabinet isə Respublika Təhsil Nazirliyi tərəfindən 2006-cıiləsd verilən 9 ədəd kompyüter avadanlığı ilə təchiz edilmişdir.Kabinetlərin informatika avadanlığından tam gücü ilə istifadə olunur.Həmin kabinetlərdə informatika dərsləri ilə yanaşı proyektorların köməkliyi ilə digər fənlər də elektron resurslardan istifadə etməklə keçirilir.Ötən ildən məktəbin sürətli internetə qoşulması bu sahədə ciddi dönüs yaratmısdir.

Məktəbin riyaziyyat-informatika müəllimlərimi Təranə Mayılova “Öyrədənlərin öyrədilməsi”proqramı üzrə müvafiq kursdan keçərək Öyrədən”statusu almışdır.
Məktəbin müəllimlərinin 93 faizi “2008-2013-cü illərdə Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təşkil edilmiş kurslarından keçərək İKT-dan tədris prosesində istifadə edilməsi qaydalarına yiyələnmişlər. . Müəllimlər dərslərdə İKT-dən istifadəyə üstünlük verərək “Xalq kompyüteri” layihəsi çərçivəsində aldıqları kompyuterlərdən səmərəli istifafə edilər. Son iki il ərzində məktəbdə 37 nəfər müəllim bu layihə çərçivəsində noutbuk almışdır və təlim prosesində fəal istifadə edirlər.Məktəbə Təhsil nazirliyi tərəfindən verilən iki proyektor daim istifadədədir. Kimya,fizika,biologiya və Azərbaycan tarixi fənni üzrə alınmış elektron vəsaitlər və plakatlar,Təhsil portalından və internetdən götürülən elektron resurslar tədris prosesini daha da zənginləşdirir.
Eyni zamanda şagird və müəllimlər Təhsil Nazirliyi tərəfindən keçirilən Elektron təhsil respublika müsabiqəsində yaxından iştirakçı olur və müsabiqe.edu.az saytındakı və digər internet resurslardan faydalanırlar. Məktəbin bir neçə müəllimi –fizika müəllimi Könül Vahidova,dil-ədəbiyyat müəllimi Kəmalə Şeydayeva,ingilis dili müəllimi Samirə Əliyeva ,ibtidai sinif müəllimi Zöhrə Cəbrayılova və başqaları özləri belə elektron vəsaitlər hazırlayır və bu ilki Elektron təhsil müsabiqəsinə qoşulmaq üçün qeydiyyatdan keçmişlər.
Məktəb IKT-dən istifadə etməklə digər mektəblərlə dostluq əlaqələri qurur və birgə tədris yönümlü layihələr uzərində işləyir.Quba rayonunun Amsar kənd orta məktəbi ilə dərslərin onlayn əməkdaşlıq şəraitində Skayp proqramı ilə qurulmasına nail olmunmuşdur.
Məktəbin müasir tələblərə cavab verən İKT avadanlıqları ilə təmin edilməsi və bu əsasda təhsilin informasiya təminatının tam reallaşdırılması bütün kollektivin arzusudur. Bu eyni zamanda hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılması və onun resurs bazasının formalaşdırılmasına kömək edərdi .

Məktəb-liseydə zəngin kitabxana yaradılmışdır. Məktəb kitabxanası 18 adda 580 ədəd Azərbaycan Uşaq Ensiklopediyaları, ölkə Prezidenti cənab İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 24 avqust 2007-ci il tarixli Sərəncamına əsasən çap olunmuş 2633 ədəd bədii əsərlərlə təmin edilmişdir.Kitabxananın fondunda 35391 ədəd şagirdlərə pulsuz verilmiş dərsliklər,5633 ədəd bədii ədəbiyyat vardır. Məktəb Heydər Əliyev Fondu tərəfindən 140 adda tədris-əyani vəsait və 19 adda xəritələrlə təchiz olunmuşdur. Təhsil Nazirliyi tərəfindən məktəbin kitabxanasının bazasında növbəti illərdə elektron kitabxana yaradılması nəzərdə tutulur.
Milli kurikulum sənədində nəzərdə tutulmuş təhsil standartları məktəbin başlıca fəaliyyət istiqamətlərini müəyyənləşdirir.Artıq təhsilin ilk pillləsində,ibtidai mərhələdə milli kurikulumun tətbiqi başa şatmaq üzrədir.Məktəbdə bütövlükdə təhsil islahatlarının həyata keçirilməsi və kurikulumun tətbiqi onun ibtidai siniflərdə hansı dərəcədə həyata keçirilməsindən çox asılıdır.İbtidai siniflər bu mərhələnin başlanğıcını ,əsasını,daha doğrusu bünövrəsini təşkil edir.
Məktəb-liseydə hazırda 15 ibtidai sinifdə 312 nəfər şagird milli kurikulum proqramları ilə təhsil alır.Bütün ibtidai sinif müəllimləri müvafiq kurslardan keçərək sertifikat almışlar.İl boyu ibtidai siniflərdə tədrisin vəziyyəti örənilməklə monitorinqlər,açıq dərslər vəı onların müzakirələri,müəlimlər üçün öyrədici xarakterli seminarlar keçirilir Azərbaycan Hökuməti tərəfindən 2009-cu ildə təsdiq edilmiş «Azərbaycan Respublikasında ümumi təhsil sistemində qiymətləndirmə Konsepsiyası»na uyğun olaraq il ərzində keçirilən diaqnostik,formativ və summativ qiymətləndirmələr şagirdlərin bilik səviyyəsinin məzmun standartlarına əsasən uyğun olduğunu göstərir.

Uşaqları inkişaf səviyyəsinin müəyyənləşdirilməsi ibtidai siniflərdə aparılan işin uğurla nəticələndiyindən xəbər verir.İldə iki dəfə müvafiq komissiya tərəfindən hazırlanmış testlər vasitəsi ilə keçirilən böyük summativ qiymətləndirmələr şagirdlər,müəllimlər və valideynlərin böyük marağına səbəb olur.
Bu monitorinqlərin valideyn iclaslarında geniş müzakirəsi keçirilir.Monitorinqlər zamanı istifadə olunan test nümumələri növbəti illərdə istifadə edilmək üçün məktəbdə yardılmış test bankında toplanır.
Yuxarıda qeyd olunduğu kimi məktəbdə artıq üçüncü ildir ki,lisey sinifləri fəaliyyət göstərir.Məktəb-liseyin VII,VIII və IX sinifləri üzrə 5 sinif komplektində 155 nəfər şagird təhsil alır.Şagirdlərin lisey siniflərinə qəbulu müvafiq komissiya tərəfindən yerli mətbuatda və rayon ərazisində geniş izahat işi aparmaqla və qəbul qaydaları barədə məktəbliləri məlumatlandlrmaqla VII sinifdən başlayaraq həyata keçirilir.Bu siniflərə rayon məktəblərinin imtahandan müvəffəqiyyətlə keşmiş və VI sinif kursu üzrə müsbət nəticələr qazanan şagirdləri qəbul edir.
Artıq ikinci ildir ki,lisey siniflərində dərs deyəcək müəllimlərin də seçimi komissiya vasitəsi ilə aparılır.Komissiyanın tərkibinə təhsil,yerli idarəetmə orqanlarının,həmkarlar təşkilatının,təcrübəli müəllimlərin və Valideyn-Müəllim Assosasiyasının nümayəndələri daxil edilir.Müsabiqə ali və orta ixtisas müəssisələrinə qəbul proqramları çərçivəsində 8 fənn üzrə aparılır və nəticələr həmin gün elan edilir.Ən yüksən nəticə göstərən müəllimlər lisey siniflərində dərs demək hüququ qazanırlar.
Müsabiqə barədə əvvəlcədən elanlar verilir və rayonun bütün fənn müəllimlərinin iştirakı üçün şərait yaradılır.Aşkarlıq və obyektivlik şəraitində həyata keçirilən bu tədbir müəllimlərin bilik və peşəkarlıq səviyyəsini müəyyənləşdirməyə imkan vermiş,lisey siniflərdə kadrların düzgün seçilib yerləşdirilməsinə stimul yaratmışdır.Monitorinqin nəticələri məktəbin pedaqoji şurasında müzakirə edilməklə müvafiq qərarlar qəbul edilir.
Məktəb-liseyin pedoqoyi şurasının qərarı ilə lisey siniflərində tədrisin “Mövzu-test” üsulu tətbiq edilir.Liseydə tədris olunan əsas fənlər üzrə hər bölmənin,fəslin sonunda müəllim tərəfindən test yoxlamaları aparılr.Testlər yoxlanıldıqdan sonra valideynin tanış olması üçün evə göndərilir.Valideyn tərəfindən imzalanan test kitabçası məktəbə qaytarılaraq hər bir şagird üçün açılmış portfolioya qoyulur.Bundan başqa ildə iki dəfə-birinci yarımilin sonunda və dərs ilinin axırında lisey siniflərinin şagirdləri ilə yekunlaşdırıcı test yoxlamaları keçirilir.Aparılan monitorinqin nəticələri hər bir sinif üzrə ayrılıqda valideyn iclaslarında ətraflı müzakirə edilir.Hər bir sinif üzrə alınmış nəticələr proyektor vasitəsi ilə lövhədə nümayiş etdirilir,müzakirə və müqayisə edilir.Bu müzakirələrin nəticələrinə görə lisey siniflərində zəif nəticə göstərən şagirdlərin adi siniflərə və ya monitorinqdə iştirak edərək yaxşı nəticə göstərən şagirdlərin lisey siniflərinə yerdəyişməsi tətbiq edilir.


Aparılan təhlillər göstərir ki,bu üsulun tətbiqi valideyn-məktəb əlaqələrinin güclənməsinə,valideynlərin tədris prossesində iştirakına və şagirdlərin bilik səviyyəsinə nəzarətinin artmasına,müəllimlərin və şagirdlərin son nəticə üçün məsuliyyətinin çoxalmasına səbəb olur,lisey siniflərində tədris prossesini stimullaşdırır.
Monitorinqlər məktəbdə yaradılmış komissiyalıar vasitəsi ilə həyata keçirilir,onların işində obyektivlik və aşkarlıq prinsipi gözlənilir,istifadə olunmuş testlər mktəbin test bankına toplanır.
2005/2006-cı dərs ilindən etibarən buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə başlanmış və hazırda ölkə miqyasında tətbiq olunur. Praktika göstərir ki,buraxılış imtahanlarının mərkəzləşmiş qaydada keçirilməsi tədrisin keyfiyyətinə müsbət təsir etməklə yanaşı müəllimlərin və şagirdlərin müəllimləridə və şagirdlərdə nəticəyönümlülük prinsipi aşılayır,valideynlərin məktəbə bağlılığını daha da artırır.Məktəb-liseydə IX və XI siniflərlə bütün il boyu ardıcıl olaraq iş aparılır.Respublika Təhsil Nazirliyi tərəfindən tərtib edilmiş “Test bankı”nın şagirdlərə mənimsədilməsi, keçilən mövzuların təkrarı və möhkəmləndirilməsi zamanı bankda olan suallaradan istifadə edilməsi,əlavə məşğələ saatlarında və dərsdənkənar məşğələlərdə bankın buraxılış sinif şagirdlərinə öyrədilməsi tətbiq edilir.
Dərs ilinin əvvəlində Respublika Təhsil Nazirliyinin və rayov Təhsil Şöbəsinin nümayəndələrinin iştirakı ilə buraxılış siniflərin valideynləri və şagirdləri üçün təlimatı seminarlar keçirilir,şagirdlər üçün yaddaşlar paylanılır,mövcud qaydalar və yeniliklər izah edilir.Burxılış siniflərində şagirdlərin imtahana hazırlaşmasını təşkil etmək məqsədi ilə yaradılan komissiya yanvar və mart aylarında nazirliyin test bankı əsasında hazırlanmış monitorinqlər təşkil edilir.Monitorinqlərin nəticələri həmin siniflərin valideynləri və fənn müəllimlərin iştirakı ilə ətraflı müzakirə olunur,zəif nəticə göstərilən fənlər müəyyənləşdirilir,şagirdlərin bilik səviyyəsinin inkişaf dinamikası aşkara çıxarılır.Aparılan işin nəticəsidir ki,ötən il məktəbin IX sinifini bitirən 85 nəfərdən cəmi 5 nəfəri,XI siniflər üzrə isə 78 nəfərdən 6 nəfəri qeyri müvəffəq qiymət almış,28 nəfər məzun isə yalnız “4” və “5” qiymətlər almışlar.
İstedadlı şagirdlərin aşkara çıxarılması,inkişaf etdirilməsi ilə bağlı ölkə prezidenti tərəfindən qəbul olunmuş dövlət proqramına əsasən məktəbdə “İstedad bankı” yaradılmışdır.Bundan başqa Təhsil Nazirliyinin mövcud təlimatına əsasən məktəb-liseydə şagirdlərin “Tusi” Kiçik Akademiyası fəaliyyət göstərir
Kiçik Akademiyada 4 istiqamət üzrə - dil-ədəbiyyat- humanitar,təbiət elmləri,fizika -riyaziyyat və idman-estetika bölmələr yaradılmışdır.Akademiyada məktəbin ən yaxşı şagirdləri müxtəlif istiqamətlər üzrə bölmələrdə elmi yaradıcılıq və tədqiqatlarla məşğul olurlar.

Şagirdlərin sevindirici nəaliyyətləri vardır.”Kiçik Akademiyanın” İnformatika bölməsinin rəhbəri Ləman Əliyeva 2009-cu ildə keçirilən “Gənc kompüter istedadları” birinci respublika müsabiqəsinin final mərhələsində fəal iştirakına görə sertifikat almışdır.
Məktəb-liseyin XI sinif şagirdi,”Kiçik Akademiya”nın biologiya bölməsinin üzvü Cəmalə Əfəndiyeva “Meşələri qoruyaq” devizi altında Gənc meşəçilər respublika müsabiqəsində III yeri tutduğuna görə 10 yanvar 2012-ci il tarixdə diplomla təltif edilmişdir.
Məktəb liseyin IX sinif şagirdi Həsənova Leyla Sabir qızı bu il Respublika olimpiadasında dil-ədəbiyyat fənni üzrə IV yeri tutmuşdur.
Məktəbin IX sinif şagirdi “Kiçik Akademiya”nın idman bölməsinin üzvü Cavid Daşdəmirov 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş IV respublika çempionatında 60 kq çəki dərəcəsində I yeri tutduğuna görə 15 yanvar 2012-ci il tarixdə diplomla təltif olunmuşdur.
Məktəbin IX sinif şagirdi Seymur İsakov Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı ümumtənsil məktəblərinin şagirdləri arasında ifa üzrə Respublika müsabiqəsində III yeri tutmuşdur.

Məktəb-liseydə fəaliyyət göstərən Bədii Yaradıcılıq Studiyasında təsviri incəsənət,bədii tikmə dərnəklərində hazirlanan əl işləri və rəsmlər,bədii özfəaliyyət dərnəyinin hazirladıği tamaşalar və ədəbi-bədii kompozisiyalar bir çox müsabiqə və yarışlarda məktəbə fəxri yerlər qazandırmışdır.
Məktəb-liseydə müxtəlif tədbirlərin, bayramların,əlamətdar günlərin,yubileylərin, görüşlərin,müsabiqələrın,riyaziyyat gecələrinin və digər tədbirlərin keçirilməsi ənənəyə çevrilmişdir.Bu tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri,valideynlər,mətbuat nümayəndələri də iştirak edirlər.
Məktəb rayonun ictimai-siyasi və mədəni həyatında yaxından iştirakina görə dəfələrlə rayon İcra Hakimiyyətinin və QHT Forumunun Fəxri Fərmanları və hədiyyələri ilə təltif olunmuşdur.
Məktəbdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində də məqsədyönlü iş qurulmuşdur.Məktəbin “Cəsurlar” hərbi-idman komandası rayon və respublika yarışlarında uğurla çıxış edir.
Məktəb-lisey Azərbaycanın Milli Qəhrəmanı ,15-17 Mart 1995-ci il hadisələrinda dövlətciliyimizin müdafiəsi zamanı həlak olmuş Roman Yusifovun adıni daşıyır.Məktəbin beş nəfər şəhid məzunu vardır.Məktəbdə onlar üşün ayrılmış guşədə hər birinin həyat və döyüş yolunu əks etdirən materiallar toplanaraq stendlər yaradılmışdır.
Mart hadisələri ilə əlaqədar bu günlərdə--17 mart 2012-ci il tarixdə Milli Qəhrəmanın müasir şəkildə yenidən hazırlanmış büstünün və abidəsinin aşılışı rayonun ictimaiyyəti tərəfindən böyük təntənə ilə həyata keşirilmişdir.Tədbir respublika telekanallarında və mətbuatda geniş işıqlandırılmışdır.

Abidənin hazırlanmasında və ətrafının abadlaşdırılmasında Valideyn-Müəllim Assosasiyası yaxından iştirak etmişdir.Qeyd edilməlidir ki, ötən il keşirilmiş hesabat-seşki yığıncağında çəhər Bələdiyyəsinin sədri VMA-nın rəhbəri seçildikdən sonar bu sanədə müsbət dönüş əldə edilmişdir.
Məktəbin 2 hektara yaxın ərazisi vardır.Ərazidə yerli rayon təşkilatlarının və Valideyn-Müəllim Assosasiyasının(VMA) yaxından köməkliyi ilə geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.Məktəbin idman zalı,idman meydançası təmir edilmiş,sadə idman qurğuları,futbol voleybol və basketbol meydançaları,qaçış zolağı yaradılmışdır. Məktəbin V-XI sinifləri arasında futbol üzrə şempionatlar keşirilir və qaliblər VMA tərəfindən mükafatlandırılır.Ölkə yığma komandasının qapıçısı Kamran Ağayev məktəbin yetirməsidir.
Cari tədris ilində VMA-nin köməkliyi ilə məktəbə şagirdlərin gediş-gəlişini asanlaşdırmaq üçün binanın qarşısındakı küçəyə açılan milli üslubda ikitağlı qapı tikilmişdir.Həyətdə milli ornamentlərlə bəzədilmiş bulaq kompleksi tikilmiş,kiçik xiyaban salınmış,120 metrə qədər dekorativ hasar çəkilmiş,50 metr məsafəyə piyada səkisi çəkilərək üzlük daş və mozaika düzülmüş ,ərazinin işıqlandırılma sistemi yenidən qurulmuşdur
Respublika Təhsil Nazirliyinin “Ümumtəhsil məktəblərində “Şahmat” fənninin tədrisi barədə 29 dekabr 2011-ci il tarixli əmrinə əsasən məktəb-lisey pilot məktəbi seçilmiş və məktəbin riyaziyyat müəllimi ,ikinci dərəcəli şahmatçı M.Səfərəliyev tərəfindən müvəffəqiyyətlə şahmat fənnini tədris edilir.
Məktəb-lisey rayonda ali məktəblərə ən çox qəbul verən ümumtəhsil məktəbidir.Son üş ildə rayon üzrə qəbulun demək olar ki. üçdən bir hissəsi məktəbin payına düşür. 2009-cu ildə rayon üzrə 64 nəfərdən 24-ü,2010-cu ildə 70 nəfərdən 22-si,2011-ci ildə isə 66 nəfərdən 25-i məktəb-liseyin məzunlarıdır.
Bu nəticələr kollektivi əlbəttə ki, qane etmir və daha yüksək nəticələr üçün səylər göstərilir.Lisey siniflərində təhsil alan şagirdlərin gələcəkdə ali məktəblərə qəbulun keyfiyyətinə müsbət təsir edəcəyi gözlənilir.
Məktəb-lisey artıq bir neçə ildir ki,SülhKorpusu ilə əməkdaşlıq edir.Sülh Korpusunun könüllüləri ingilis dilinin öyrənilməsində,sinifdənxaric tədbirlərin keçirilməsində,tədris metodikasının təkmilləşdirilməsində yaxından iştirak edirlər.Şagirdlərin Kolarado ştatının Pueblo Qərbi lisey məktəbinin məktəbliləri ilə internetlə dostluq əlaqələri yardılmış,məktəbdə xarici dillər,Halloven bayramları keçirilmiş,iki ingilis dili kabineti yaradılmışdır.

Məktəbin kollektivi əməyin və ətraf mühitin mühafizəsi üzrə fəaliyyətinə görə ilin qalibi olmuş və ATİ AHİ Rayon Komitəsinin Fəfri Fərmanını almışdır.
Məktəb-lisey bu il Respublika “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinə qoşulmuşdur.Bu məktəbin kollektivini daha yaxşı işləməyə ruhlandırır.