ŞABRAN ŞƏHƏR R.YUSİFOV ADINA 2 NÖMRƏLİ TEXNİKİ FƏNLƏR TƏMAYÜLLÜ TAM ORTA MƏKTƏB-LİSEY
  Azərbaycan
 
Azərbaycan və ya rəsmi Azərbaycan Respublikası — Cənubi Qafqazda dövlət, Xəzər dənizi hövzəsində yerləşir. Şimaldan Rusiya (Dağıstan), Gürcüstan, qərbdən Ermənistan, cənubdan İran və Türkiyə ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, Türkiyə ilə qərbdən həmsərhəddir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan ərazisinin bir hissəsi Ermənistan Respublikası tərəfindən işğal edilib. 28 May - Respublika Günü 1918-ci ildə müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 30 avqust 1991-ci ildə SSRİ tərkibində müttəfiq respublika statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" deklarasiya, 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında", Konstitusiya Aktı qəbul etdi. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır. Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik azərbaycan çoxluğuna sahib ölkədir. Azərbaycan yeddi müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti vardır, 38 beynəlxalq təşkilatın üzvüdür. Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan BMT-nin yeni yaradılan insan haqları komitəsinə üzv seçilib. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa Şurası və NATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir. Əhali 2012-ci il yanvar ayına olan rəsmi məlumata əsasən Azərbaycan əhalisinin sayı 9,235,000 nəfər olmuşdur. Əhalinin 53,1 %-ni şəhər, 46,9 %-ni isə kənd sakinləri təşkil edir. O cümlədən, əhalinin 51 %-ni (4,674,150 nəfər) qadınlar, 49 %-ni (4,490,850 nəfər) kişilər təşkil edir. 2010-cu ildə əhalinin artım göstəricisi 1,3 % olmuşdur. Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 23 % 0-14 yaşda, 69 % 15-64 yaşda, 8 % isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 % 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhərlərdə yaşayır. Əhalinin orta yaşı 31 yaş təşkil edir. Din Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmış din islamdır. Azərbaycanlıların 96%-i müsəlmandır, ondan 85%-i şiə, 15%-i sünni məzhəbinə məxsusdur. Digər dinlər bunlardır: xristianlıq və iudaizm. Xristianların əksəriyyəti rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur. Yəhudilərin çoxu dağ yəhudiləri və əşkinazi yəhudiləridir. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməsinə təminat yaradır. Dil Azərbaycan Respublikası əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili İran İslam Respublikasında Cənubi Azərbaycanda yaşayan 40 milyonluq Azərbaycanlının da ana dilidir. Rusiya-da, Amerika Birləşmiş Ştatları-nda, Türkiyə-də və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, Azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 60 milyondan çox adam yaşayır. Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir. Ərazisi Azərbaycan Respublikasının ərazisi – 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir. Sərhədlərinin ümumi uzunluğu 3489 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İran-la 765 km, Türkiyə ilə 13 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1027 km həmsərhəddir. Sahil xəttinin uzunluğu – 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin qərbi sahilində yerləşir. Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü (4466 m.), ən aşağı nöqtə isə (-28 m.) Neftçala rayonu ərazisindədir. Orta yüksəklik 657 m-dir.
 
  Bugün 1 visitors (17 hits) kişi burdaydı!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol